Məxfilik siyasəti

Son yenilənmə: 15 noyabr 2026

Bu sənəd DayFlow xidməti (day.flowix.az) üçün hansı şəxsi məlumatın toplandığını, nə üçün istifadə olunduğunu və səninlə bağlı hansı hüquqların olduğunu izah edir. Sənəddə “biz” DayFlow-un operatoru deməkdir. Suallar üçün: info@flowix.az.

1. Hansı məlumatı toplayırıq

Hesab məlumatı. Ad, e-poçt ünvanı, dil və saat qurşağı. Şifrə düz mətnlə saxlanmır, yalnız onun geri qaytarılmayan hash-i saxlanır. Google ilə daxil olsan, Google-dan adını, e-poçtunu və Google hesabının daxili identifikatorunu alırıq. Google şifrəni və digər hesab məlumatlarını bizə vermir.

Planner məlumatı. Özün yazdığın hadisələr, tapşırıqlar, qeydlər, maliyyə yazıları, hədəflər, yemək planı, kateqoriyalar və ayarlar. Bu məlumat hesabına bağlı olaraq serverimizdə saxlanır.

Sessiya və təhlükəsizlik məlumatı. Daxil olduğun cihazların siyahısı üçün brauzer və əməliyyat sistemi adı (məsələn, “Chrome, macOS”), IP ünvanının son hissəsi sıfırlanmış forması, son istifadə vaxtı. Tam IP ünvanı hesabında saxlanmır. Sui-istifadədən qorunmaq üçün server jurnallarında IP ünvanı qısa müddətə qeydə alına bilər.

AI çubuğu. Bu funksiyadan istifadə etsən, yazdığın mətn onu hadisəyə, tapşırığa, qeydə və ya xərc yazısına çevirmək üçün AI provayderinə (Google, Gemini API) göndərilir. Hazırda Google-un pulsuz səviyyəsindən istifadə edirik: bu səviyyədə Google göndərilən məlumatı öz məhsullarını yaxşılaşdırmaq üçün istifadə edə bilər. Mətnlə birlikdə provayderə bunlar da göndərilir: kateqoriya adların, bugünün tarixi və saatı, bu ayın xərc və gəlir cəmi, bugünkü hadisələrin və açıq tapşırıqların başlıqları, hədəflərin adı və yığılan məbləğ (suallara cavab vermək üçün). Biz yazdığın mətni saxlamırıq və jurnala yazmırıq, yalnız mesajın texniki ölçülərini (vaxt, token sayı, yaranan yazıların id-ləri) saxlayırıq. Provayderin məlumatı necə işlədiyi onun öz şərtlərindədir. Mətnə şifrə və kart məlumatı yazma.

2. Nə üçün istifadə edirik

  • Hesabını yaratmaq, daxil olmağı və sessiyaları idarə etmək.
  • Planner funksiyalarını (cədvəl, tapşırıq, qeyd, kateqoriya) sənə göstərmək.
  • Təsdiq və şifrə sıfırlama kimi xidmət e-poçtları göndərmək.
  • Hesabı və xidməti sui-istifadədən, brute-force cəhdlərindən qorumaq.
  • Xidməti işlək saxlamaq və xətaları düzəltmək.

Məlumatını satmırıq, reklam üçün istifadə etmirik və reklam şəbəkələri ilə bölüşmürük.

3. Google ilə giriş

Google ilə daxil olduqda yalnız əsas profil məlumatı (ad, e-poçt, profil identifikatoru) istifadə olunur. Bu məlumat yalnız səni tanımaq və hesabını yaratmaq üçündür. Google-un Gmail, Drive, təqvim və digər məlumatlarına girişimiz yoxdur.

DayFlow-un Google API-lərindən aldığı məlumatı istifadəsi və başqa tətbiqə ötürməsi Google API Services User Data Policy-nin, o cümlədən Limited Use tələblərinin şərtlərinə uyğundur.

4. Cookie və yerli yaddaş

Yalnız zəruri cookie-lərdən istifadə edirik: daxil olduğunu xatırlayan sessiya cookie-ləri. Onlar HttpOnly və Secure işarəlidir, yəni brauzerdəki kod onları oxuya bilmir. Brauzerin yerli yaddaşında görünüş seçimin (açıq/tünd mövzu) və planner məlumatın saxlanır. Analitika və reklam cookie-ləri yoxdur.

5. Məlumatı kimlərlə bölüşürük

Məlumatı yalnız xidmətin işləməsi üçün lazım olan tərəflərə ötürürük:

  • Server (hosting) provayderi: məlumatın saxlandığı infrastruktur.
  • E-poçt göndərmə provayderi: təsdiq və şifrə sıfırlama məktubları üçün e-poçt ünvanın və məktub mətni.
  • Google: yalnız Google ilə daxil olduqda.
  • AI provayderi (Google, Gemini API): yalnız AI çubuğundan istifadə etdikdə, yazdığın mətn və yuxarıda sadalanan qısa kontekst.

Qanunun tələb etdiyi hallarda səlahiyyətli dövlət orqanlarının əsaslı sorğusuna cavab verə bilərik.

6. Saxlama müddəti və silmə

Məlumatı hesabın aktiv olduğu müddətdə saxlayırıq. Hesabı silsən (Ayarlar → Hesab), o dərhal bağlanır və məlumatın 30 gün sonra həmişəlik silinir. Bu 30 gün ərzində daxil olub hesabı bərpa edə bilərsən. Müddət bitəndən sonra hesab və planner məlumatın serverimizdən silinir, ehtiyat nüsxələrdə varsa, onlardan da məhdud müddətdə silinir.

7. Təhlükəsizlik

Bağlantı HTTPS ilə qorunur, şifrələr hash-lənmiş saxlanır, giriş cəhdlərinə limit qoyulur, sessiya tokenləri brauzerdəki koddan gizlədilir. Heç bir sistem tam təhlükəsizlik vəd edə bilməz, lakin məlumatını qorumaq üçün ağlabatan tədbirlər görürük.

8. Hüquqların

Azərbaycan Respublikasının fərdi məlumatlar haqqında qanunvericiliyinə uyğun olaraq məlumatına çıxış istəmək, onu düzəltdirmək, silmək və ya işlənməsinə etiraz etmək hüququn var. Adı Ayarlar bölməsindən özün dəyişə, hesabı silə, cihazlardan çıxa bilərsən. Digər sorğular üçün info@flowix.az ünvanına yaz.

9. Yaş həddi

Xidmət 16 yaşdan yuxarı şəxslər üçündür. Bu yaşdan kiçik uşaqlardan bilərəkdən məlumat toplamırıq.

10. Dəyişikliklər

Bu siyasəti yeniləyə bilərik. Əhəmiyyətli dəyişiklik olduqda saytda və ya e-poçtla xəbər verəcəyik. Ən son versiya həmişə bu səhifədədir.